Naxçıvandan uçuşlar müvəqqəti dayandırıldı
Gündəm
Hazırda yaranmış vəziyyətlə əlaqədar olaraq Naxçıvan Beynəlxalq Hava Limanında daxili və xarici istiqamətlərdə uçuş əməliyyatları müvəqqəti olaraq dayandırılıb.
News24.az xəbər verir ki, bu barədə Naxçıvan Beynəlxalq Hava Limanından məlumat verilib.
Bildirilib ki, məsələ ilə bağlı vəziyyət operativ şəkildə qiymətləndirilir və müvafiq qurumlarla koordinasiya aparılır.
Əlavə məlumatlar dəqiqləşdirildikcə ictimaiyyətə təqdim olunacaq. (apa.az)