Teymur Musayev bölgələrdəki səhiyyə xidmətinin keyfiyyətindən danışdı

Teymur Musayev bölgələrdəki səhiyyə xidmətinin keyfiyyətindən danışdı Gündəm

Bölgələrdə səhiyyə sisteminin təkmilləşdirilməsi məqsədilə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən birgə işçi qrupu yaradılıb.

News24.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib. Nazirin sözlərinə görə, yaradılan işçi qrupu çərçivəsində bölgələrdə mütəmadi görüşlər keçirilir, mövcud vəziyyət yerində təhlil olunur və səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində konkret addımlar müzakirə edilir.

“Kadr siyasəti bu mərhələdə ciddi islahatlara məruz qalmalıdır. Bu istiqamətdə işlər aparılır və ictimaiyyətə məlumat veriləcək”, – deyə Teymur Musayev bildirib.

Nazir vurğulayıb ki, əsas məqsəd bölgələrdə tibbi xidmətlərin əlçatanlığını və keyfiyyətini yüksəltmək, idarəetmədə səmərəliliyi artırmaq və kadr potensialını gücləndirməkdir. Qeyd olunub ki, həyata keçirilən dəyişikliklərlə bağlı əlavə məlumatlar mərhələli şəkildə açıqlanacaq.