Pakistan Senatının sədri Sahibə Qafarovaya zəng etdi

Pakistan Senatının sədri Sahibə Qafarovaya zəng etdi Gündəm

Pakistan İslam Respublikası Senatının sədri Seyid Yusuf Rza Gilani Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovaya telefonla zəng edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "News24.az"a verilən məlumata görə, telefon danışığı zamanı regionda cərəyan edən proseslər müzakirə olunub.

Seyid Yusuf Rza Gilani İran İslam Respublikasının Azərbaycana qarşı dron hücumlarından narahatlığını ifadə edib və bu hücumları qınadığını bildirib. O, Pakistan dövlətinin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.

Milli Məclisin sədri Sahibə Qafarova göstərilən dəstəyə və həmrəyliyə görə təşəkkürünü bildirib.

Telefon danışığı zamanı dünyada müşahidə olunan gərgin proseslər fonunda parlamentlərarası əməkdaşlığın daha da dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.