“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı - Yeni rəis odur

“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı - Yeni rəis odur Gündəm

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi vəzifəsindən azad edilib.

News24.az xəbər verir ki, bununla bağlı müdafiə naziri general-polkovnik Zakir Həsənov Əmr imzalayıb.

Uzun müddət hospitala rəhbərlik etmiş tibb xidməti polkovniki Elçin Abdullayev rəis postundan kənarlaşdırılıb.

“Papanin hospitalı” kimi tanınan Baş Klinik Hospitalın rəisi vəzifəsibə tibb xidməti polkovniki Vüqar Paşayev təyin edilib. (Qafqazinfo)