Pərviz Hüseynli təltif edildi
Gündəm
"Olay.az" saytının baş redaktoru, jurnalist Pərviz Hüseynli Prezident İlham Əliyevin təsis etdiyi "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.
News24.az xəbər verir ki, bu barədə tanınmış jurnalist özü məlumat paylaşıb.
"Cənab Prezident İlham Əliyevin təsis etdiyi “Mətbuatın 150 illiyi medalı” ilə təltif olunmuşam. Etimad göstərən hər kəsə təşəkkür edirəm!", - deyə o, sosial şəbəkə hesabındakı paylaşımda bildirib.