Pezeşkian: “Xameneinin öldürülməsi müsəlmanlara qarşı müharibə elanıdır”

Pezeşkian: “Xameneinin öldürülməsi müsəlmanlara qarşı müharibə elanıdır” Gündəm

İran prezidenti Məsud Pezeşkian İranın ali rəhbəri Əli Xameneinin ABŞ-İsrail hücumları nəticəsində öldürülməsi ilə bağlı başsağlığı verib.

News24.az xəbər verir ki, Pezeşkian bunu dünyanın hər yerində müsəlmanlara, xüsusuilə şiələrə qarşı açıq müharibə elanı adlandırıb.

"İslam millətinin böyük sərkərdəsi, İslam İnqilabının ali lideri Əli Xameneinin dünyanın ən pis caniləri tərəfindən qətlə yetirilməsi böyük kədər və təəssüf hissi ilə qarşılanır. Bu hadisə bu gün İslam dünyasının ən böyük bəlasıdır. İranın ən yüksək siyasi rəsmisinin və şiə dünyasının görkəmli liderinin və nüfuzlu şəxsinin xəbis Amerika-sionist ittifaqı tərəfindən öldürülməsi dünyanın hər yerində müsəlmanlara, xüsusən də şiələrə qarşı açıq müharibə elanı hesab olunur”, - deyə, Pezeşkian vurğulayıb. /Azad Iran