Prezident fərman imzaladı

Prezident fərman imzaladı Gündəm

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli və “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli fərmanlarına dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

News24.az fərmanın mətnini təqdim edir:

1. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259 (Cild I); 2024, № 2, maddələr 151, 157, № 7, maddələr 806, 812, 814, 815, № 8, maddələr 937, 948, № 12 (I kitab), maddə 1294, (II kitab), maddələr 1359, 1378, 1384; 2025, № 2, maddə 127, № 3, maddə 231, № 4 (I kitab), maddələr 325, 338, № 5, maddə 463, № 6, maddələr 541, 561, № 7, maddə 649, № 8, maddələr 746, 754, № 9, maddə 820, № 11, maddə 1018; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 26 yanvar tarixli 588 nömrəli və 28 yanvar tarixli 593 nömrəli fərmanları) 5-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 5.48-ci bənddə “(bələdiyyə orqanlarına)” sözləri “, bələdiyyə orqanlarına” sözləri ilə əvəz edilsin;

1.2. 5.50-ci bənd aşağıdakı redaksiyada verilsin:

“5.50. həmin Məcəllənin 432.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə fiziki şəxslərə, habelə bələdiyyələrə, bələdiyyə orqanlarına və dini qurumlar istisna olmaqla digər qeyri-kommersiya qurumlarına münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, banklara və digər ödəniş xidməti təchizatçılarına münasibətdə Azərbaycan Respublikasının Mərkəzi Bankı, digər kommersiya hüquqi şəxslərinə və publik hüquqi şəxslərə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi baxır;”;

1.3. aşağıdakı məzmunda 5.50-2-ci bənd əlavə edilsin:

“5.50-2. həmin Məcəllənin 432-1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə qeyri-hökumət təşkilatlarına münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, banklara və digər ödəniş xidməti təchizatçılarına münasibətdə Azərbaycan Respublikasının Mərkəzi Bankı baxır;”;

1.4. 5.68-ci bəndə “Məcəllənin” sözündən sonra “432-1.1-ci, 432-1.2-ci və” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200 (Cild I); 2024, № 2, maddə 157, № 6 (I kitab), maddə 649, № 7, maddələr 806, 812, 814, № 8, maddə 948, № 12 (I kitab), maddələr 1294, 1295, (II kitab), maddə 1378; 2025, № 2, maddə 127, № 4 (I kitab), maddə 325, № 5, maddə 463, № 8, maddə 746, № 9, maddə 820; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 28 yanvar tarixli 593 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3.1-ci bəndə “432.1” rəqəmlərindən sonra “və 432.4” sözləri əlavə olunsun və həmin bənddə “(bələdiyyə orqanlarına)” sözləri “, bələdiyyə orqanlarına” sözləri ilə, “432.4 (qeyri-hökumət təşkilatlarına, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə” sözləri “432-1.1, 432-1.2, 432-1.3 (qeyri-hökumət təşkilatlarına” sözləri ilə əvəz edilsin;

2.2. 15.0-cı bəndə “432.4” rəqəmlərindən sonra “və 432-1.3” sözləri, “banklara” sözündən sonra “və digər ödəniş xidməti təchizatçılarına” sözləri əlavə edilsin.