Prezident “Gülüstan” sarayında iclasda iştirak edir
Gündəm
Bu dəqiqələrdə Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
News24.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.