"Prezident mənim mənəviyyatına bağlandığım insandır" - Nəriman Həsənzadə
Gündəm
"Bu yüksək ordeni ləyaqətlə daşımalıyam, daşıyacağam da”.
News24.az xəbər verir ki, bunu bir neçə gün öncə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə mədəniyyətin inkişafındakı müstəsna xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilən Xalq şairi Nəriman Həsənzadə deyib.
N. Həsənzadə mükafatlandırılması ilə bağlı təəssüratlarını belə ifadə edib:
“Yüksək ali mükafatı mənə təqdim etdiyi, məni yada saldığı üçün birinci növbədə Prezidentimə və onun ailəsinə minnətdaram. Bu, əvəzsiz, unudulmazdır. Onun həssas və diqqətli fikrinə sadiq qalmaq, unutmamaq üçün həmişə çalışacağam. Prezident mənim birinci alqışladığım, qiymət verdiyim və mənəviyyatına bağlandığım insandır. Bu mükafat daim fikrimdə, qəlbimdə və ruhumda yaşayacaq”. (Qafqazinfo.az)