"Qadın mənim qəhrəmanıma arxayın olub ərini öldürüb" – Elxan Elatlı

"Qadın mənim qəhrəmanıma arxayın olub ərini öldürüb" –  Elxan Elatlı Gündəm

"20 yaşlı bir xanım mənim qəhrəmanıma arxayın olub ərini öldürmüşdü".

News24.az xəbər verir ki, bu sözləri layihə rəhbəri Ruhiyyə Əliyevanın təqdimatında efirə gedən "Qaranlıqda Həqiqət"in bu dəfəki qonağı tanınmış yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı Elxan Elatlı deyib.

Onun sözlərinə görə, buna bənzər hadisələr tez-tez baş verir:

"O qadın təcridxanadan gətirilib dindirildiyi zaman müstəntiqə yalvarırmış ki, Qanbay Qasımlıya deyin, gəlib məni xilas etsin. Çünki mənim kitablarımın birində yaratdığım obraz olan Qanbay Qasımlı qətl törətmiş bir qadının qətlini gizlətmişdi. Mən özüm də şokda idim".

Ətraflı videoda: