“Qayğıdan İnkişafa: Güclü Ana, Sağlam Nəsil” adlı tədbir keçirildi – VİDEO
Gündəm
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan “Qayğıdan inkişafa: güclü ana, sağlam nəsil” adlı tədbir keçirilib.
News24.az xəbər verir ki, tədbirin əsas məqsədi qadınların cəmiyyətdə rolunun gücləndirilməsi, ailə institutunun möhkəmləndirilməsi, valideyn məsuliyyətinin artırılması və sağlam nəslin formalaşdırılmasında cəmiyyətin birgə məsuliyyətinin ön plana çıxarılması olub.
Tədbirdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, iş xanımı, “Liatriz Holdinq”in rəhbəri Ruhiyyə Əliyeva və digər qonaqlar iştirak ediblər.
Çıxışçılar qadının cəmiyyətin inkişafında tutduğu mühüm yerdən, anaların fədakarlığı sayəsində gələcəyə ümidlə baxan, elmmli və vətənpərvər gənclərin yetişməsindən danışıblar. Bildirilib ki, ana olmaq təkcə bir ad deyil, böyük məsuliyyət və gələcəyi formalaşdırmaq missiyasıdır.
Tədbirin bədii hissəsində Azərbaycanın Xalq artistləri İlqar Muradov və Fidan Hacıyeva çıxış edərək iştirakçılara musiqi proqramı təqdim ediblər.