"Ramiz Mehdiyevin evindən tapılan pullar ilə 10 tammetrajlı film çəkmək olar" - Deputat

"Ramiz Mehdiyevin evindən tapılan pullar ilə 10 tammetrajlı film çəkmək olar" - Deputat Gündəm

"Film vacib sahədir. Türkiyə bu dəqiqə filmləri ilə Osmanlıdan çox tuta bilib. Bu gün ölkədə futbola sponsorluq edirlər, amma kino çəkilməsinə etmirlər: “Rusiyada nazirliklər daha çox filmlər çəkdirir, nazirliklər bir-biriylə yarışır. Niyə bizdə yalnız Mədəniyyət Nazirliyinin pulu ilə film çəkilsin? Niyə sponsorlar yoxdur?! Bizim də tarixi şəxsiyyətlərimiz var. Niyə Şah İsmayıl Xətai haqqında, Qacarlar haqqında film çəkilməyib? Babək çəkilib, çox gözəl. Koroğlu bizim üçün tarixi şəxsiyyət deyil".

News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

"Ramiz Mehdiyevin evindən 17 milyon pul tapıldı, bu, 10 dənə tammetrajlı film deməkdir. Amma bu pulu evdə saxlayırlar, verin bu filmlər çəkilsin. Mən də istəyirəm bizim filmlər dünyaya çıxsın", - deyə deputat bildirib.

Spiker Sahibə Qafarova isə çıxışın üçüncü oxunuşun tələblərinə uyğun olmadığını deyib: "Deyirsiz filan ölkədə hansısa nazirliklər kino çəkirlər. Rusiya Azərbaycan deyil. Azərbaycan Respublikasının öz qanunları var. Xahiş edirəm, burada heç bir müqayisə aparmayın. Bu qanunun predmeti ilə siz deyənlər uyğun gəlmir. Ümümi danışmaq istəyirsinizsə, çıxış edin, məqalə yazın".(unikalaz)