Ramiz Mehdiyevin xarici xüsusi xidmət orqanları ilə danışığının səs yazısı yayıldı
Gündəm
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin xarici xüsusi xidmət orqanı ilə telefon danışığının səs yazısı yayılıb.
News24.az xəbər verir ki, bu, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı videoməlumatda öz əksini tapıb.
Ramiz Mehdiyev xarici xüsusi xidmət orqanlarının əməkdaşı ilə danışan zaman Azərbaycanda dövlət idarəçiliyi sisteminin yenidən qurulması ilə bağlı təkliflərin olduğunu və bunun onlar üçün maraqlı olacağını deyib.
Həmçinin Prezident Administrasiyasının sabiq rəhbəri həmin təklifləri onlara elektron poçtla göndərəcəyini deyib.
Xarici xüsusi xidmət orqanın qadın əməkdaşı ilə Ramiz Mehdiyevə təkliflərə "bu sizin öz işinizdir" deyə cavab verib.
Ramiz Mehdiyev təkidlə təkliflərini dostlarına (xarici xüsusi xidmət orqanların rəhbərlərinə - red) bir üsulla çatdırmaq lazım olduğunu qeyd edib