SON DƏQİQƏ: Rasim Balayevin cənazəsi Bakıya yola salınır - Yeniləndi
Gündəm
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin dəfn yeri məlum olub.
News24.az xəbər verir ki, o, Birinci Fəxri xiyabanda torpağa tapşırılacaq.
Xatırladaq ki, R.Balayev bu gün İstanbulda yerləşən “Memorial” xəstəxanasında vəfat edib. (qafqazinfo)
Xalq artisti, aktyor Rasim Balayev I Fəxri Xiyabanda dəfn ediləcək.
News24.az xəbər verir ki, Rasim Balayevlə vida mərasiminin sabah Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, aktyor ağciyər xərçəngindən əziyyət çəkib. Türkiyədə müalicə alan aktyor bu gün səhər İstanbulda müalicə aldığı “Memorial” klinikada vəfat edib. Azərbaycanın İstanbuldakı Baş Konsulluğu Rasim Balayevin cənazəsinin bu gün Bakıya göndərilməsinin planlaşdırıldığını açıqlayıb.
Xalq artisti, aktyor Rasim Balayevin cənazəsi İstanbuldan yola salınır.
News24.az xəbər verir ki, cənazə xəstəxanadan çıxarılıb, məscidə aparılıb lazımı prosedur qaydalar icra edildikdən sonra təyyarə ilə Bakıya yola salınacaq.
Mərhumun cənazəsinin bu gün gecə saatlarına yaxın Bakıya çatdırılması gözlənilir. (APA)