"Rasim Balayevlə sonuncu dəfə o tədbirdə görüşmüşdük..."

"Rasim Balayevlə sonuncu dəfə o tədbirdə görüşmüşdük..." Gündəm

"İnsanları dünyasını dəyişəndən sonra göylərə qaldırmağa ehtiyac yoxdur. Sağ ikən insanlarımıza dəyər verək. Nə qədər ki, Azərbaycan xalqı, Azərbaycan mədəniyyəti və bizlər varıq, Rasim Balayev də var olacaq".

News24.az xəbər verir ki, bunu Xalq artisti Rasim Balayevlə vida mərasimində jurnalistlərə açıqlaması zamanı aktyor, Xalq artisti Nurəddin Mehdixanlı deyib.


"Rasim Balayevlə sonuncu dəfə Heydər Əliyev Mərkəzində keçirilən tədbirlərdən birində görüşmüşük. Ondan sonra müalicə üçün xaricə getdi, görüşə bilmədik. Onunla səhnə yoldaşı olmuşuq, tamaşalarda oynamışıq. Kifayət qədər səmimi dostluğumuz, yoldaşlığımız olub".

Xanım Cavanşirqızı