Rauf Cabarova yüksək - VƏZİFƏ VERİLDİ

Rauf Cabarova yüksək - VƏZİFƏ VERİLDİ Gündəm

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasına (AKTA) yeni icraçı direktor təyin edilib.

News24.az bu barədə AKTA-ya istinadən xəbər verir.

Bildirilib ki, AKTA-nın operativ fəaliyyətinin və sistemli inkişafının təmin edilməsi məqsədilə təşkilat daxilində struktur dəyişikliyi aparılaraq, İcra Aparatı formalaşdırılıb.

Ümumi yığıncağın qərarına əsasən, idarə heyətinin sədr müavini Rauf Cabarov AKTA-nın icraçı direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Rauf Cabarov həm də futbol hakimi olaraq fəaliyyət göstərir. O, 2003-cü ildə futbol hakimi karyerasına başlayıb, 2019-cu ildən isə FIFA bayrağı altında matçlara təyinat alır.


Rauf Cabarova yüksək - VƏZİFƏ VERİLDİ