Ruhiyyə Əliyeva: “Efir mədəniyyəti və etik qaydalar qorunmalıdır”
Gündəm
Tanınmış iş xanımı Ruhiyyə Əliyeva efirdə bayağı söhbətlərin, qeyri-ciddi mövzuların müzakirə olunmasını, aparıcıların qeyri-peşəkar davranışlarını qınayan fikirlərə dəstək verib.
News24.az xəbər verir ki, o, aparıcı Saleh Bağırovun efirlə bağlı fikirlərini sosial media hesabında paylaşaraq belə yazıb:
"Televiziyada səslənən hər fikir, hər söz yüz minlərlə insanın düşüncəsinə təsir edir, ictimai rəyin formalaşmasında mühüm rol oynayır. Buna görə də efir mədəniyyəti, etik qaydalar və obyektivlik qorunmalıdır. Çünki televiziya həm də cəmiyyətin güzgüsüdür".