Rusiya İrana humanitar yardım göndərir: Qatar Astara stansiyasına çatdı

Rusiya İrana humanitar yardım göndərir: Qatar Astara stansiyasına çatdı Gündəm

Rusiya Fövqəladə Hallar Nazirliyinin Azərbaycan ərazisindən keçməklə Rusiyadan İrana humanitar yardım daşıyan yük qatarı Astara stansiyasına çatıb.

News24.az xəbər verir ki, 31 vaqondan ibarət olan qatar daha sonra İran ərazisindəki təyinat nöqtəsinə çatdırılacaq.

Rusiyadan göndərilən humanitar yardım əsasən dərman vasitələri, tibbi ləvazimat və qida məhsullarından ibarətdir. Humanitar yükün ümumi çəkisi 300 tondan çoxdur.

Xatırladaq ki, martın 12-də Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən göndərilən, çəkisi 13 tondan artıq olan dərman və tibbi ləvazimatlardan ibarət humanitar yardım da Azərbaycan ərazisindən tranzit keçməklə İrana yola salınmışdı. (apa)

Rusiya İrana humanitar yardım göndərir: Qatar Astara stansiyasına çatdı Rusiya İrana humanitar yardım göndərir: Qatar Astara stansiyasına çatdı Rusiya İrana humanitar yardım göndərir: Qatar Astara stansiyasına çatdı Rusiya İrana humanitar yardım göndərir: Qatar Astara stansiyasına çatdı