Rusiyadan göndərilən humanitar yardım Astaradan İrana keçdi – YENİLƏNDİ
Gündəm
Rusiyadan İrana göndərilən humanitar yardım "Astara" dövlət sərhəd buraxılış məntəqəsindən İrana keçib.
News24.az xəbər verir ki, Rusiyadan İran İslam Respublikasına göndərilən dərman ləvazimatları ilə humanitar yardım bir az əvvəl Astara dövlət sərhəd buraxılış məntəqəsinə çatıb.
Müvafiq prosedur qaydalarından sonra humanitar yardımın Azərbaycan sərhədi vasitəsi ilə İrana keçidi təmin olunub.
Qeyd edək ki, bu gün günorta saatlarında Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinə məxsus İl-76 təyyarəsi humanitar yardımla Lənkəran Beynəlxalq Hava Limanına eniş edib. Yüklər İrana məxsus Qirmızı Aypara Cəmiyyətinin yük avtomobillərinə yüklənərək Astara istiqamətinə yola salınıb.
**
Rusiyadan İrana göndərilən humanitar yardım Astara dövlət sərhəd buraxılış məntəqəsindən İrana keçib.
News24.az xəbər verir ki, Rusiyadan İran İslam Respublikasına göndərilən dərman ləvazimatları ilə humanitar yardım bir az əvvəl Astara dövlət sərhəd buraxılış məntəqəsinə çatıb.
Müvafiq prosedur qaydalarından sonra humanitar yardımın Azərbaycan sərhədi vasitəsi ilə İrana keçidi təmin olunub.
Qeyd edək ki, bu gün günorta saatlarında Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinə məxsus İl-76 təyyarəsi humanitar yardımla Lənkəran Beynəlxalq Hava Limanına eniş edib. Yüklər İrana məxsus Qirmızı Aypara Cəmiyyətinin yük avtomobillərinə yüklənərək Astara istiqamətinə yola salınıb. (APA)
**
İrana humanitar yardım aparan Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarəsi Lənkəranda eniş edib.
News24.az xəbər verir ki, humanitar yardımı daşıyan "İl-76" təyyarəsində 13 tondan çox olan humanitar yük dərman və tibbi ləvazimatları var.
İran Qızıl Aypara Cəmiyyətinin yük maşınları humanitar yardımı qəbul etmək üçün Lənkəran aeroportuna gəliblər.
Humanitar yardım yüklənmiş avtomobillər İrana göndərilmək üçün "Astara" dövlət sərhədindən buraxılış məntəqəsinə yola salınacaq.
Qeyd edək ki, martın 11-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Vladimir Putin Rusiya vətəndaşlarının İran İslam Respublikasından təxliyəsində göstərilən operativ köməyə, həmçinin ölkəsinin İrana göndərdiyi humanitar yardımın Azərbaycan ərazisindən keçməsinə yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.