Rusiya vətəndaşlarına çağırış etdi
Gündəm
Rusiyanın İrandakı səfirliyi öz vətəndaşlarına ölkəni Azərbaycan və Ermənistan üzərindən tərk etməyi tövsiyə edib.
News24.az xəbər verir ki, bu barədə Rusiyanın Tehrandakı diplomatik nümayəndəliyinin yaydığı açıqlamada bildirilir.
Bəyanatda qeyd olunur ki, İrandan çıxış üçün ən münasib marşrutlar Astara istiqamətində Azərbaycan sərhədi, eləcə də “Nurduz”/“Aqarak” sərhəd-keçid məntəqəsi vasitəsilə Ermənistana keçiddir. Diplomatik missiya vətəndaşları səfər zamanı diqqətli və ehtiyatlı olmağa çağırıb.