Sabah üç rayonda qaz olmayacaq
Gündəm
Sabah Siyəzən, Şabran və Qusar rayonlarının qaz təchizatında fasilə yaranacaq.
News24.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Siyəzən rayonun ərazisində olan İnteqrasiya məktəbinə yeni çəkilmiş qaz xəttinin mövcud olan orta təzyiqli qaz xəttinə qoşulması ilə əlaqədar olaraq sabah saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə M.Müşfiq, H.Əliyev, T.İsmayılov, Babək, Nizami, Şəhriyar, S.Vurgun və N.Nərimanov küçələri olmaqla ümumilikdə 592 abonentin qaz təchizatında fasilə yaranacaq.
Şabran rayonun Ağalıg kəndi ərazisində istismarda olan qaz xəttində balans sayğacın quraşdırılması ilə əlaqədar olaraq saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Ağalıg kəndinin müəyyən hissəsi, Daşlıyatağ və Günəşli kəndləri olmaqla ümumilikdə 393 abonentin qaz təchizatında fasilə yaranacaq.
Qusar rayonun Çiləgir kəndi ərazisində isə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Bu müddətdə Çiləqir kəndi, H.Əliyev, Z.Əliyeva, Rəsulbəyov və Zaman Baxışov küçələri olmaqla ümumilikdə 2077 abonentin qaz təchizatında fasilə yaranacaq.