Simonyanın bu hərəkəti gündəm oldu: azərbaycanlı təmsilçiyə dedi ki… – Video

Simonyanın bu hərəkəti gündəm oldu: azərbaycanlı təmsilçiyə dedi ki… – Video Gündəm

Ermənistan parlamentinin spikeri Alen Simonyan Tbilisidə “Uşaq Avroviziyası 2025” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Yağmur Nəsrullayeva ilə görüşüb.

News24.az xəbər verir ki, görüntülər sosial mediada böyük maraqla qarşılanıb.

Alen Simonyan Yağmurun stendinə yaxınlaşaraq onunla görüşüb və təmsilçimizə uğurlar arzulayıb.

Xatırladaq ki, “Uşaq Avroviziyası 2025” Gürcüstanın paytaxtı Tbilisidə keçirilir və Azərbaycanı bu müsabiqədə Yağmur Nəsrullayeva “Miau miau” mahnısı ilə təmsil edir.