"Sıralarımız seyrəli..." - Şeyx Əbdül dostu Rasim Balayevin vəfatından danışdı

"Sıralarımız seyrəli..." - Şeyx Əbdül dostu Rasim Balayevin vəfatından danışdı Gündəm

"Mən də bu acı xəbəri bir az əvvəl eşitdim. Heç yaxşı deyiləm. Mənim üçün bir neçə cəhətdən - həm sənət, həm ideoloji, həm də şəxsi münasibətlər baxımından ağırdır. Uzun illərin dostuyduq. Sıralarımız seyrəlir, böyük sənətkarlar bizi tərk edirlər".

News24.az xəbər verir ki, Xalq artisti Şeyx Əbdül Mahmudbəyli Rasim Balayevin ölümü haqda danışarkən deyib.

"Kəndə gəlmişdim, Şamaxıya. Nazirlikdən zəng edib dedilər, studiyadan. İndi çıxıb Bakıya gəlirəm. Dedilər, sabah nəşini gətirəcəklər. Allah Rasimə rəhmət eləsin. Elimizin, obamızın başı sağ olsun. Getkicə xirdalanır, ucuzlaşır, sənətdən, böyük mədəniyyətdən uzaqlaşırıq. Azərbaycan mədəniyyəti bu gün bir dəstə hır-hırların əlində qalıb. Hətta yaxşı mənada paxıllığım da tutur ki, üzüsulu getdi Rasim", - deyə Xalq artisti vurğulayıb. (Kontekst.az)