Tanınmış bəstəkarın evindən İrana aid məktub çıxıb? - VİDEO
Gündəm
“1938-ci ildə atamla əmimi həbs etdilər. Dedilər ki, guya onlar İran şahının agentləridir”.
News24.az xəbər verir ki, məşhur bəstəkar Tofiq Bakıxanov RTV-də Ruhiyyə Əliyevanın təqdimatında yayımlanan “Qaranlıqda həqiqət” verilişində repressiya illəri və ailəsi ilə bağlı diqqətçəkən açıqlamalar verib.
O bildirib ki, ailəsi İran muğamlarını təbliğ etməkdə ittiham olunub.
“Söz yaydılar ki, guya Əhmədxan, Məmmədxan İran şahının agentləridirlər. Burada İran muğamlarını təbliğ edirlər: Bayatı-Şiraz, Bayatı-Kürd, Bayatı-İsfahan. Atam da dedi ki, “əgər adlarına görə deyirsinizsə, onda dəyişək, edək “Bayatı-Kakanoviç”, “Bayatı-Voroşilov”.
Onları həbs edəndən sonra bizim evdə axtarış apardılar və şayiə yaydılar ki, guya evimizdən azuqə, İran şahının məktubu, silah çıxıb”.
Bəstəkar həmçinin həmin dövrdə Üzeyir Hacıbəyovun onlara böyük köməyindən də danışıb.
Daha ətraflı videoda: