Tramp ərəb ölkələrini İrana qarşı əməliyyata qoşulmağa çağırdı

Tramp ərəb ölkələrini İrana qarşı əməliyyata qoşulmağa çağırdı Gündəm

Amerika prezidenti Donald Tramp ərəb ölkələrini ABŞ və İsrailin İrana qarşı apardığı hərbi əməliyyata qoşulmağa çağırıb.

News24.az xəbər verir ki, bu barədə o, İsrailin C14 telekanalına müsahibəsində bildirib.

Trampın sözlərinə görə, region ölkələri Hörmüz boğazının açıq qalması üçün bu addımı atmalıdır.

O əlavə edib ki, neftin bu boğaz vasitəsilə daşınmasında maraqlı olan dövlətlər İran İslam Respublikasına qarşı mübarizədə daha fəal iştirak etməlidirlər.

Qeyd edək ki, martın 12-də isə ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib ki, Vaşinqton Hörmüz boğazında gəmilərin müşayiəti üçün beynəlxalq koalisiyanın yaradılması imkanını nəzərdən keçirir.