Tramp Xameneini buna görə öldürüb - Özü etiraf etdi

Tramp Xameneini buna görə öldürüb - Özü etiraf etdi Gündəm

ABŞ prezidenti Donald Tramp İranın ali lideri Əli Xameneinin öldürülməsinin səbəbini açıqlayıb.

News24.az xəbər verir ki, ABŞ lideri İranın onu iki dəfə öldürməyə cəhd etdiyini bildirib.

“Mən onu (Xamenei — red.) o məni aradan götürməzdən əvvəl aradan götürdüm. Onlar iki dəfə cəhd etdilər. Nə isə, mən onu birinci aradan götürdüm”, — deyə Tramp etiraf edib.

Qeyd edək ki, fevralın 28-i səhər saatlarında ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. Amerika lideri xalqa müraciətində ABŞ və İsrailin İrana zərbələrini Tehranın nüvə ambisiyalarından imtina etmək istəməməsi ilə əlaqədar tükənmiş səbirlə izah edib.

İslam Respublikasında bir çox şəhərlər, o cümlədən paytaxt hücuma məruz qalıb. Zərbələrdən biri ali lider Əli Xameneinin iqamətgahına dəyib və o öldürülüb.

Buna cavab olaraq İran İsrailə və Yaxın Şərqdəki ABŞ aviabazalarına raket və pilotsuz aparatlarla zərbə endirib.