Tramp: "Ya silahı yerə qoyun, ya da ölün!"

Tramp: "Ya silahı yerə qoyun, ya da ölün!" Gündəm

ABŞ prezidenti Donald Tramp İranın güc strukturlarının nümayəndələrini silahı yerə qoymağa çağırıb, əks halda ölüm təhlükəsi ilə üzləşəcəklərini bildirib.

News24.az xəbər verir ki, Tramp bu açıqlamasını “Truth Social” sosial şəbəkəsində paylaşıb.

Müraciətində Tramp əlavə edib ki, ABŞ İranın raketləri, raket sənayesi və hərbi-dəniz qüvvələrini məhv edəcək. Onun sözlərinə görə, İran tezliklə anlayacaq ki, heç kim Amerika Birləşmiş Ştatlarının qüdrətinə meydan oxuya bilməz.

Prezident həmçinin əməliyyatın son dərəcə təhlükəli olacağını və bombaların hər yerə düşəcəyini vurğulayıb.