“Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək” - Rəsmi Ankara

“Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək” - Rəsmi Ankara Gündəm

“Bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilən hücumları qətiyyətlə pisləyirik. Bölgədə üçüncü ölkələri hədəf alan və müharibənin yayılması riskini artıran bu cür hücumlara dərhal son verilməsinin zəruriliyini bir daha vurğulayırıq”.

News24.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin İranın Naxçıvan Muxtar Respublikasına dron hücumu ilə bağlı yaydığı bəyanatda qeyd edilib.

Bildirilib ki, Türkiyə bundan sonra da, həmişəki kimi, Azərbaycanın yanında olmağa davam edəcək.