Türk Hava Yolları 10 ölkəyə uçuşları ləğv etdi

Türk Hava Yolları 10 ölkəyə uçuşları ləğv etdi Gündəm

Türk Hava Yolları (THY) 10 ölkəyə uçuşları ləğv edib.

News24.az xəbər verir ki, THY-nin Mətbuat müşaviri Yahya Üstün bəzi ölkələrin hava məkanının bağlanması ilə əlaqədar olaraq Livan, Suriya, İraq, İran və İordaniyaya reyslərin 2 mart 2026-cı il tarixinədək dayandırıldığını açıqlayıb.

“Qətər, Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Oman istiqamətində isə 28 fevral 2026-cı il üçün planlaşdırılan reyslər ləğv edilmişdir. Hava məkanındakı proseslər yaxından izlənilir və əlavə reys ləğvləri gündəmə gələ bilər”-deyə qeyd olunub.(apa)