Ukraynanın Azərbaycandakı səfirliyi İranın Naxçıvana hücumunu pislədi

Ukraynanın Azərbaycandakı səfirliyi İranın Naxçıvana hücumunu pislədi Gündəm

Ukraynanın Azərbaycandakı səfirliyi İran pilotsuz uçuş aparatlarının Naxçıvana hücumlarını pisləyib

News24.az xəbər verir ki, Ukrayna səfirliyi Azərbaycana dəstək və həmrəylik ifadə edib.

“Qlobal təhlükəsizliyi və xalqlarımızın gələcəyini sarsıdan rejimlərə qarşı mübarizəni gücləndirmək üçün hamını birləşməyə çağırırıq”, - deyə bəyanatda qeyd edilib.

Həmçinin bildirilibki, İran dronları artıq uzun müddətdir terror alətinə çevrilib.

Vurğulanıb ki, bu silahlar İran rejimi tərəfindən Ukrayna şəhərlərinə, mülki infrastruktura və dinc əhaliyə zərbələr endirmək üçün istifadə olunur.