Ulu Öndərin ideoloji xətti bu gün də dövlətçiliyimizin dayağıdır
Gündəm
12 dekabr Azərbaycan xalqı üçün yalnız anım günü deyil, müasir dövlətçiliyimizin memarı, milli ideologiyamızın formalaşmasında həlledici rol oynamış Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ehtiram günüdür. Bu gün biz yalnız böyük Liderin həyat yoluna deyil, Azərbaycan dövlətinin taleyinə həkk olunmuş dahi irsə məhəbbət və sevgimizi ifadə edirik.
News24.az xəbər verir ki, bunu “EMEDIA GROUP” Media Təşkilatının sədri Elşən Əliyev deyib.
Onun sözlərinə görə, Heydər Əliyev müstəqilliyini yeni bərpa edən dövlətin qarşılaşdığı ən ağır sınaqlar dövründə misilsiz iradə, siyasi çevik düşüncə və böyük dövlət xadimi qətiyyəti nümayiş etdirərək Azərbaycanı dağılmaq təhlükəsindən xilas etdi. Onun formalaşdırdığı strateji kurs ölkəmizin sabitliyinin, inkişafının və qlobal nüfuzunun möhkəm təməlini qoydu.
“Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlar, dövlətçiliyimizin əmin addımlarla gələcəyə doğru irəliləməsi Heydər Əliyevin müəyyən etdiyi yolun davamlılığının bariz nümunəsidir. “EMEDIA GROUP” olaraq biz Ulu Öndərin zəngin ideoloji irsinin təbliğini, dövlətçilik ənənələrinin cəmiyyətə, xüsusilə də gənc nəslə çatdırılmasını fəaliyyətimizin prioritet istiqamətlərindən biri hesab edirik. Çünki Heydər Əliyev irsi Azərbaycançılıq məfkurəsinin ən güclü dayağı, gələcəyimizə işıq salan strateji meyardır. Ulu Öndərin xatirəsi qarşısında dərin ehtiramla baş əyirik. Allah rəhmət eləsin!”, - deyə təşkilatın sədri qeyd edib.