Ümrə ziyarəti ilə bağlı yeni qərar: - bu tələb ləğv edildi

Ümrə ziyarəti ilə bağlı yeni qərar: - bu tələb ləğv edildi Gündəm

Ümrə ziyarəti üçün Səudiyyə Ərəbistanına gedənlərə məcburi olan “Neisseria” meningitinə qarşı peyvənd tələbi ilə bağlı yeni tənzimləmə hazırlanıb.

News24.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Mülki Aviasiya Təşkilatı bununla bağlı qərar qəbul edib.

Qərara əsasən, sözügedən peyvəndlə bağlı tələb ləğv edilib. Qərar ölkənin hava limanlarında fəaliyyət göstərən bütün aviaşirkətlərə bildirilib.

Qeyd edək ki, yoluxucu xəstəliyin yayılma riskinin artması səbəbindən ziyarətçilərə meningit peyvəndi məcburi edilmişdi. /publika.az