"Uzun müddət hakimiyyətdə qala bilməyəcək"
Gündəm
ABŞ prezidenti Donald Tramp İranda öldürülən Əli Xameneinin oğlunun ölkənin yeni ali lideri seçilməsi ilə bağlı narazılığını ifadə edib.
News24.az xəbər verir ki, ABŞ lideri bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb.
“Mən bundan narazıyam... Görək nə olacaq”, – deyə Tramp vəziyyəti şərh edərkən bildirib.
Qeyd edək ki, İslam Respublikasının Ekspertlər Şurası İranın yeni ali lideri vəzifəsinə Möctəba Xameneini seçib.
Tramp daha əvvəl xəbərdarlıq edib ki, İranın növbəti ali lideri ABŞ-nin razılığı olmadan uzun müddət hakimiyyətdə qala bilməyəcək. O həmçinin qeyd edib ki, növbəti İran liderinin seçilməsində şəxsən iştirak etməlidir.
İranın xarici işlər naziri Abbas Araqçi isə cavab olaraq vurğulayıb ki, İran ABŞ-nin və ya digər ölkələrin İslam Respublikasının yeni ali liderinin seçilməsi prosesinə müdaxiləsinə imkan verməyəcək.