Xalq artisti Rasim Balayevin cənazəsi Bakıya gətirildi

Xalq artisti Rasim Balayevin cənazəsi Bakıya gətirildi Gündəm

Xalq artisti Rasim Balayevin cənazəsi Bakıdadır.

News24.az xəbər verir ki, mərhum aktyorun nəşi hava limanından Heydər Məscidinə yola salınıb.

Qeyd edək ki, tanınmış aktyor, Xalq Artisti Rasim Balayev I Fəxri Xiyabanda dəfn ediləcək.

Rasim Balayevlə vida mərasiminin bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilməsi nəzərdə tutulub.