Xameneyinin liderliyi qeyd olunarkən ərazi raketlə vuruldu
Gündəm
İranın Kirmanşah şəhərində yeni dini lider elan edilən Müctəba Xameneyi tərəfdarlarının toplandığı izdihama hücum edildiyi iddia olunur.
News24.az xəbər verir ki, yayılan görüntülərdə insanların şüarlar səsləndirdiyi anda partlayış səslərinin eşidildiyi, bundan sonra isə panika yaranaraq izdihamın ərazidən qaçdığı görünür.
Məlumata görə, Əli Xameneinin ölümündən sonra oğlu Müctəba Xamenei İranın yeni ali dini lideri elan edilib. Bu hadisədən sonra ölkənin bəzi şəhərlərində həm dəstək aksiyaları, həm də etirazların keçirildiyi bildirilir.
Kirmanşahda baş verən hadisə ilə bağlı hələlik rəsmi qurumlar tərəfindən açıqlama verilməyib. Hadisənin təfərrüatları araşdırılır.