Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Gündəm
Xırdalanda noyabrın 2-də itkin düşən və ötən gecə tapılan 12 yaşlı qızın evdən getməsinin səbəbi məlum olub.
News24.az xəbər verir ki, azyaşlının anası ilə mübahisə etdikdən sonra evdən küskün halda çıxdığı bildirilir. Məlumata görə, qız marşrut avtobusuna minərək Nizami rayonu ərazisində düşüb. Telefonu bağlı olduğundan onunla əlaqə saxlamaq mümkün olmayıb./Oxu.az/