Xomeyni İran xalqını küçələrə çıxmağa çağırdı

Xomeyni İran xalqını küçələrə çıxmağa çağırdı Gündəm

İran İslam Respublikasının qurucusu Ayətullah Ruhullah Xomeyninin nəvəsi Həsən Xomeyni iranlıları küçələrə çıxmağa çağırıb.

News24.az xəbər verir ki, onun bəyanatı İsrailin baş naziri Benyamin Netanyahu və ABŞ prezidenti Donald Trampın iranlılara bombardmanlar zamanı təhlükəsizlik üçün dövlət müəssisələrindən uzaq durmaq və evdə qalmaq çağırışları fonunda səslənib.

H.Xomeyni insanları ruh yüksəkliyini qorumaq və ictimai iştirak vasitəsilə yumşaq güc nümayiş etdirmək üçün küçələrdə və məscidlərdə qalmağa çağırıb.

O vurğulayıb ki, bu gündən müharibənin sonunadək hər kəs məscidlərə getməli, onları doldurmalı və şəhər meydanlarını fəal şəkildə tutaraq cəmiyyətin mövqeyini gücləndirməlidir. Onun sözlərinə görə, hər bir meydan xalqın nəzarətində olmalı, iştirakçılar qara geyimdə və İmam Hüseynin bayraqlarını daşımalıdırlar. /Khabar Fouri