Yağıntılar hələ bir müddət davam edəcək - Coğrafiya İnstitutu
Gündəm
"Əgər yağıntılar uzunmüddətli və intensiv davam edərsə, sürüşmə zonalarında, əsasən maili yamaclarda sürüşmə baş verməsi qaçılmazdır”.
News24.az xəbər verir ki, bunu Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi Rafiq İsmayılov deyib.
O bildirib ki, qlobal iqlim dəyişmələri ölkəyə təsirsiz ötüşmür.
“Mart ayının son 10 günündə respublikada yağıntıların fasiləsiz yağması başlayıb. Bu yağıntıların bir müddət davam edəcəyi gözlənilir. Bu aylar keçid dövrünə daxildir. Bu zaman şimaldan gələn əsas soyuq hava kütlələrinin ölkə ərazisindən ötüşərək rütubətli hava yaratmasına, atmosferdə baş verən dəyişikliyin havanım rütubətli keçməsinə səbəb olur. Bu dövrdə şimaldan gələn hava kütlələri üstünlük təşkil edir. Aprel ayında da respublika ərazisində belə hava şəraitinin keçməsi də mümkündür”, - o vurğulayıb. (apa.az)