Yağış, qar yağır - Ölkə ərazisində faktiki hava

Yağış, qar yağır - Ölkə ərazisində faktiki hava Gündəm

Azərbaycanda faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə intensiv xarakterli yağış, dağlıq ərazilərdə isə qar yağır.

Hazırda Bakıda və Abşeron yarımadasında yağan yağıntının miqdarı 133 mm-ə çatıb. Bu da aylıq normanın 564 %-ni təşkil edir.