1 yaşlı uşaq qızdırmadan öldü
Hadisə
Gədəbəydə 1 yaşlı uşaq yüksək hərarətdən ölüb.
News24.az xəbər verir ki, hadisə aprelin 15-i saat 05 radələrində Kiçik Qaramurad kəndində qeydə alınıb.
Belə ki, 2025-ci il təvəllüdlü Rəsul Elman oğlu Əsədov yüksək hərarətlə xəstəxanaya çatdırılıb və orada ölüb.
Faktla bağlı araşdırma aparılır.