10 yaşlı uşağı səs-küy saldığı üçün - ÖLDÜRDÜ

10 yaşlı uşağı səs-küy saldığı üçün - ÖLDÜRDÜ Hadisə

Qaziantepdə 10 yaşlı Əmir Baki B. eyni məhəllədə işləyən adı məlum olmayan göyərti satıcısı tərəfindən ov tüfəngiylə vurularaq ağır yaralanıb. 

News24.az NTV-yə istinadən xəbər verir ki, ətrafdakı vətəndaşlar tərəfindən dərhal yaxınlıqdakı özəl xəstəxanaya çatdırılan 10 yaşlı uşaq bütün müdaxilələrə baxmayaraq ölüb.

Eyni zamanda, uşağı səs-küy saldığı üçün öldürdüyü iddia edilən dükan sahibi qaçaraq yoxa çıxıb. Qaçan qətl şübhəlisinin tutulması üçün əməliyyatlara başlanılıb.

Günel Məlikzadə