11 yaşlı uşaq xəstəxanada öldü - İlkin səbəb açıqlandı
Hadisə
Yanvarın 4-də saat 17:30 radələrində 2015-ci il təvəllüdlü şəxs (kişi) ağır vəziyyətdə Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə News24.az-a Salyan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, dəqiqləşdirilməmiş hiperqlikemiya diaqnozu ilə azyaşlıya zəruri tibbi xidmətlər göstərilib:
"Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, yanvarın 5-də saat 04:00 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb. Ölümünə ilkin səbəb kimi hipotoniya qeyd olunub. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsinə təhvil verilib".