14 günlük körpə xəstəxanada öldü - Açıqlama

14 günlük körpə xəstəxanada öldü - Açıqlama Hadisə

Azərbaycanda körpənin ölümü ilə bağlı təfərrüat məlum olub.

News24.az xəbər verir ki, Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, 12.11.2026-cı il tarixində Ucar Rayon Mərkəzi Xəstəxanasında 27 həftəlik hamiləlikdən, 800 qram çəki ilə körpə (kişi cinsli) dünyaya gəlib.

Doğularkən körpənin vəziyyəti ağır qiymətləndirilib və ərazi üzrə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində fəaliyyət göstərən Perinatal Mərkəzə təxliyə olunub.

Vaxtından əvvəl doğulan, ekstremal azçəkili körpəyə tənəffüs pozğunluğu diaqnozu təyin edilib və müvafiq müalicə tədbirlərinə başlanılıb.

Aparılan müalicə və reanimasiya tədbirlərinə baxmayaraq, körpədə 26.11.2026-cı il tarixində saat 03:50-də bioloji ölüm faktı qeydə alınıb.