Tovuzda avtomobil iki qadını vurdu
Hadisə
Tovuz rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun mərkəzi bazarının yaxınlığında qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu keçmək istəyən iki qadını vurub.
Hər iki piyada xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.