15 yaşlı qızın qaçırılması ilə bağlı yeni təfərrüat məlum oldu - Foto
Hadisə
Sabirabad rayonunun Cavad kəndində 17 yaşlı oğlanın 15 yaşlı qızı qaçırması iddiası ilə bağlı yeni təfərrüatlar üzə çıxıb.
News24.az xəbər verir ki, hadisə ilə bağlı 17 yaşlı oğlanın nənəsi Sahibə Əkbərova danışıb.

O bildirib ki, srağagün gecə saat 2 radələrində nəvəsi evdə olub və öz otağında uzanaraq telefonla danışıb. Daha sonra isə başqa otağa keçərək canlı yayım açacağını deyib.
Nənənin sözlərinə görə, bir müddət sonra oğlu gəlininə zəng edərək övladlarının qız qaçırdığını bildirib. Lakin nəvəsi qızı qaçırmadığını deyərək ittihamları rədd edib.
Sahibə Əkbərova qeyd edib ki, nəvəsi qızın qaçırılması ilə heç bir əlaqəsinin olmadığını bildirmək üçün qarşı tərəflə danışmağa gedəcəyini söyləyib. Lakin həmin vaxtdan onun harada olduğu məlum deyil.
Qeyd edək ki, 2011-ci il təvəllüdlü qızın 2009-cu il təvəllüdlü oğlan tərəfindən evlənmək məqsədilə qaçırıldığı iddiası ilə bağlı qızın atası polisə müraciət edib.
Hər iki yeniyetmənin tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı araşdırma aparılır.