18 yaşlı gənc güllə ilə vuruldu
Hadisə
18 yaşlı gənc güllə ilə vuruldu - VİDEOBatmanda baş verən silahlı hücumda bir gənc küçənin ortasında başından vurularaq həyatını itirib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Raman küçəsində baş verib. 18 yaşlı İ.H.E. yolda gedərkən naməlum şəxs və ya şəxslərin hücumuna məruz qalıb.
Başına dəyən güllə ilə gəncin ağır yaralandığını görən vətəndaşlar vəziyyəti 112 Zəng Mərkəzinə bildiriblər. Hadisə yerinə çoxlu sayda polis və tibb yardım göndərilib.
Ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən 18 yaşlı İ.H.E. edilən bütün müdaxilələrə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Polis qrupları hadisə ilə əlaqədar araşdırma başlatdı.