18 yaşlı xanımı öldü - Ərinin vəziyyəti ağırdır

18 yaşlı xanımı öldü - Ərinin vəziyyəti ağırdır Hadisə

Bərdə rayonunda dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb.

News24.az xəbər verir ki, hadisə Əliyanlı kəndində baş verib.

Belə ki, 2003-cü il təvəllüdlü Kənan İmaməliyev və həyat yoldaşı, 2008-ci il təvəllüdlü Pərvanə Hüseynova yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Hər iki şəxs xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb. K.İmaməliyevin vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır. /Qafqazinfo