Bakıda 194 nömrəli avtobus aşdı: Xəsarət alanlar var - VİDEO - YENİLƏNDİ

Bakıda 194 nömrəli avtobus aşdı: Xəsarət alanlar var - VİDEO - YENİLƏNDİ Hadisə

Oktyabrın 3-ü saat 13:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Lökbatan qəsəbəsi ərazisindən yol-nəqliyyat hadisəsi səbəbilə çağırış qeydə alınıb.

Bu barədə News24.az-ın soğrusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.

Təcili tibbi yardım briqadası tərəfindən 5 nəfər (3 kişi, 2 qadın) müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, 2 nəfərə (qadın) yerində tibbi yardım göstərilib.


13:43

Bakıda "Sədərək" Ticarət Mərkəzinin girişində 194 nömrəli marşrut avtobusu aşıb.

Bu barədə News24.az -a hadisə şahidləri bildirib. Onların sözlərinə görə, hadisə nəticəsində xəsarət alanlar var. Qəzanın yağışlı hava şəraiti üzündən baş verdiyi bildirilir.