Gəlin və qayınana dəm qazından zəhərləndi
Hadisə
Hacıqabulda gəlin və qaynana dəm qazından zəhərləniblər.
News24.az xəbər verir ki, hadisə Hacıqabul rayonunun Nəvahi kəndində qeydə alınıb.
Belə ki, fərdi yaşayış evində yaşayan gəlin və qaynana Nəvahi kənd sakinləri, 1965-ci il təvəllüdlü Güldənə Məmmədova və 1994-cü il təvəllüdlü Məmmədova Məleykə dəm qazından zəhərlənmə diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdirliblər.
Xəstəxanaya yerləşdirilən hər iki şəxsin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.