2 min qarışqanı ölkədən çıxarmaq istəyən şəxs saxlanıldı
Hadisə
Keniyanın Nayrobi hava limanında ölkədən 2 mindən çox qarışqanı qanunsuz şəkildə çıxarmağa cəhd edən şəxs saxlanılıb.
News24.az xəbər verir ki, qarışqalar həmin şəxsin baqajında aşkar edilib.
Məlumata görə, saxlanılan şəxsin daha üç şəriki olub. Onun ölkəyə girişi qadağan edilib.
Keniyanın Vəhşi Təbiəti Mühafizə Xidmətibildirib ki, bu yaxınlarda Thailandda da oxşar hadisə qeydə alınıb və bu fakt həşərat qaçaqmalçılığı ilə məşğul olan şəbəkənin mövcudluğuna işarə edir.
Bildirilib ki, qanunsuz ixrac cəhdləri ekzotik qarışqa koloniyalarının yetişdirilməsinə olan yüksək tələbatla bağlıdır.
Qeyd edək ki, 2025-ci ildə Kenyada dörd nəfər ölkənin ekosistemi üçün mühüm əhəmiyyət daşıyan qarışqaların qaçaqmalçılığına görə təxminən 8 min dollar məbləğində cərimələnib.